İntensiv təqib şöbəsinin kiçik mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 20.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin İntensiv təqib şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Problemli borcalanlar və onların zaminləri ilə əlaqə saxlamaq
• Təhlim olunmuş portfelə gündəlik nəzarət etmək
• Problemli borcalanların kredit borclarını restrukturizasiya etmək
• Əməkdaşa təhkim olunmuş kredit portfeli üzrə borcların yığımını təmin etmək
• Növbəti mərhələdə yığım həyata keçirəcək əməkdaşlara zəruri olacaq qeydlərin toplanması və ötürülməsi
• Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək və s.

Tələblər

• Vətəndaş qüsursuzluğuna malik olma
• Təhsil: Ali
• Təcrübə: Mütləqdir
• Kompyuter biliyi: MS Office proqramlarında işləməyi bacarmalı
• Dil bilikləri: azərbaycan, rus (arzu olunan)
• Komandada işləmək bacarığı.

CV-lərinizi, mövzu hissəsində “İntensiv təqib şöbəsinin kiçik mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi