Anbardar

  • Buta Construction
  • Elanın qoyulma tarixi: 11.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Anbardar

• Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
• Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
• Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
• Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
• Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
• Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
• Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasını icra etmək;
• Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək;
• Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
• Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək;
• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə - boşaltma işlərini təşkil etmək;

Namizədə olan tələblər :

- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Ali təhsil
- Dağ mədən, tikinti quraşdırma sahəsində iş təcrübəsi olan şəxlərə üstünlük veriləcək;
- Kompüterdə sərbəst işləmək bacarığı (Excel əla səviyyədə)

İş şərtləri :

- 6 günlük iş norması (şənbə bazar istirahət günləri)
- Əmək haqqı : 600 AZN

Əlaqə nömrəsi : 050-909-72-87
E mail ünvanı : [email protected]
İş yeri: Daşkəsən rayonu