SƏTƏMM üzrə Baş Mütəxəssis

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 10.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- İş yeri – Qala Qəsəbəsi
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – SƏTƏMM üzrə Baş Mütəxəssis

Vəzifə öhdəlikləri

• Əməyin mühafizəsi, texniki təhlükəsizlik tədbirlərinə dair ilin əvvəlində “İllik Tədbirlər planı”-nın hazırlanması və yerinə yetirilməsini həyata keçirmək;
• İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsində iştirak edir və metodiki tövsiyyələrini verir;
• İş yerində baş vermiş iş qəzaları, xəsarətlərin səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
• Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
• İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
• Əməyin , sağlamlığın mühafizəsi, texniki, yanğın təhlükəsizliyi ilə bağlı təlimatların işlənib hazırlanması, daxili təlimlərin keçirilməsi , metodiki tövsiyyələrin verilməsi;
• Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və prosesə nəzarət

Tələblər

• Təhsil : Təhsil - Ali
• Təcrübə: Minimum 3-5 il
• Sertifikatlar: SƏTƏMM -ə aid üstünlükdür
• Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• İT üzrə biliklər: MS Office

Texniki Bacarıqlar

• Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsipləri (İSO 9001/ İSO 14001/OHSAS 18001)
• Müvafiq qanunvericilik aktları və normaları

Səriştəlik

• Məsuliyyətli,disiplinli,açıq fikirli
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət,fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• İşçi heyəti ilə işləmək bacarığı
• Təşəbbüskarlıq, Planlı düşüncə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “SƏTƏMM üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi