Baş mühasib

İşin təsviri

HEN Company Limited

Baş mühasib

Namizədə dair əsas tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə)
• Vergi Məcəlləsini bilməli;
• 1C proqramları ilə işləmək bacarığı;
• Müvafiq sahədə 2 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office (əsasən Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Məhsulun maya dəyərinin hesablanması;
• Əsas vəsaitlərin uçotunun aparılması

Əsas vəzifə və öhdəliklər:

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
• Vergi hesabatlarının (Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
• DSMF, İşizlik, Statistik hesabatlarının hazırlanması və təqdim edilməsi;
• EQF, HF tərtib olunması və göndərilməsi;
• Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
• Vergi organı ilə yazışmaların aparılması;
• Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması;
• Kadr işinin aparılması;

İş qrafiki: 1-5 günlər, saat 09:00-dan 18:00-dək.
Ofisin ünvanı: Koroğlu m/s yanı.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunur.