Kvalifikasiyaların tanınması şöbəsinə Gürcü dili üzrə ekspert

İşin təsviri

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Kvalifikasiyaların tanınması şöbəsinə Gürcü dili üzrə ekspert” vakansiyası elan edir

Vəzifə

Sizin vəzifəniz vətəndaşların gürcü dilinin yoxlanılması üçün mövcud prosedurlara uyğun olaraq materialların və qiymətləndirmə metodlarının işlənib hazırlanması və müsahibələrin aparılması olacaqdır.

Məsuliyyət

1. Ana dili Gürcü dilli olmayan namizədlərin dil bilik səviyyəsini müəyyənləşdirmək;
2. Vətəndaşların gürcü dili səviyyəsini müəyyənləşdirmək üçün müsahibələr keçirmək;
3. Qiymətləndirmə metodlarını hazırlamaq və tətbiq etmək;
4. Müsahibənin bütövlüyünün qorumaq və ədalətli prosedurun həyata keçməsini təmin etmək;
5. Rəhbərliyin müəyyən etdiyi standartlara əməl etmək, dəqiq qiymətləndirmə hesabatları hazırlamaq;
6. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.

Tələblər

• Filologiya və ya dilçilik sahəsində ali təhsil;
• Ən azı 3-5 illik iş təcrübəsi;
• Gürcü dilini mükəmməl bilmək, güclü yazılı və şifahi ünsiyyət bacarığına sahib olmaq;
• Dil qiymətləndirmə prosesinin yeni metodlarını hazırlamaq və tətbiq etmək bacarığı;
• Müsahibələrin uğurlu təşkil olunması üçün vaxt idarəetmə bacarıqlarına sahib olmaq:
• Fənn sahəsində ekspert biliklərinə və dil qiymətləndirməsində təcrübəyə malik olmaq;
• Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

İş qrafiki: Müsahibə əsasında namizədlə razılaşdırılmış iş qrafiki
Son müraciət tarixi:04.09.2020

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Gürcü dili üzrə ekspert” qeyd etməklə göndərə bilərlər.