Aktuar xidmətində Baş məlumat analitiki

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 28.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PAŞA Sığorta” ASC namizədləri Aktuar xidmətində Baş məlumat analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir keçməyə dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Aşağıda qeyd olunanlar üzrə data scientist komandasına istiqamət verərək prosesə rəhbərliyin həyata keçirilməsi;
• Strukturlu və struktursuz məlumat toplusunun emalının həyata keçirilməsi;
• Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi;
• Prediktiv modellər və maşın öyrənməsi alqoritmlərinin qurulması;
• “Data visualization” üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
• Biznes problemləri üçün həllərin hazırlanması;
• İT, marketinq və satış komandaları ilə sıx əməkdaşlığının qurulması;
• Verilənlərin keyfiyyət meyarlarına uyğun monitorinqlərin aparılması;
• Verilənlərin təmizlənməsi (data cleaning) üzrə alqoritmlərinin qurulması;

BİLİKLƏR

• Riyazi, informatika və ya iqtisadi təhsil;
• Statistik təhlil üsulları biliyi;
• Dil bilikləri: əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə rus və ingilis dili biliyi;
• Kompüter bilikləri: MS Office üzrə qabaqcıl istifadə;
• SQL , R Studio və Python proqramlarından istifadə.

TƏCRÜBƏ

• Müvafiq istiqamət üzrə 3 il iş təcrübəsi.
• “Data mining” və “data science” kimi istiqamətlər üzrə müvafiq təcrübə.
• BI alətlərindən istifadə təcrübəsi arzu olunandır.

BACARIQLAR

• Məsuliyyətlilik;
• Yüksək ünsiyyət və təqdimetmə bacarığı;
• Analitik düşüncə qabiliyyəti və işgüzarlıq;
• Təşəbbüskarlıq;
• Güclü riyazi biliklər (məsələn: statistika, ehtimal nəzəriyyəsi);
• Problem həll etmə bacarıqları;

Son müraciət tarixi: 15 avqust, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.