Satış mütəxəssisi

  • Billur MMC
  • Elanın qoyulma tarixi: 28.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Satış mütəxəssisi
İşə götürən: "BİLLUR MS" MMC
Şəhər: Bakı
İş qrafiki: B.e - Şənbə günü / 9:00 - 18:00
Müraciət üçün son tarix: 15.08.2020

Tələblər:

- 25-40 yaş arası
- Azərbaycan dili və Rus dilində səlis danışıq (İngilis dili üstünlükdür);
- Ali təhsil (İqtisadiyyat, Turizm, Marketinq sahələri arzu olunandır);
- Satış menecmentində 3 il təcrübə;
- MS Ofis proqramları biliyi;
- Təqdimat bacarığı;
- Dəqiq, punktual, analiz etmə, planlama bacarığı olmalı;
- Məlumat bazası ilə iş bacarığı ;
- Şəxsi avtomobilin olması üstünlükdür;

Vəzifə öhdəliyi:

- Müştəri portfelini idarə etmək, potensial müştərilərlə iş;
- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
- Debitor borc limitlərinin nəzarətdə saxlanılması;,
- Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi,
- Mövcud müştərilər ilə birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;

Rabitə və yol xərcləri şirkət tərəfindən qarşılanır.

Əmək haqqı müsahibə zamanı təyin ediləcək.

Göstərilən vakansiyaya maraqlananların 15.08.2020-ci il tarixinə qədər [email protected] elektron ünvanına "Satış mütəxəssisi" başlığı ilə CV göndərmələri xahiş olunur.

BİLLUR MS” MMC 2013-cü ildən etibarən HoReCa sahəsində fəaliyət göstərir. Şirkət otel ilə yanaşı xəstəxana, SPA və Fitness mərkəzləri kimi müxtəlif sahələrdən olan müəssisələri peşəkar gigiyenik, kosmetik və tekstil, təmizləyici məhsulları ilə təmin edir.