Biznesin inkişafı üzrə menecer

  • NewCond LLC
  • Elanın qoyulma tarixi: 20.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

• Ali təhsil və ya magistr dərəcəsi (bizness və menegment sahəsi üzrə);
• Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi;
• Analitik qabiliyyəti yüksək səviyyədə olmalı;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı olmalı ;
• İri və kiçik məişət avadanlıqlarının satışının təşkili sahəsi üzrə iş təcrübəsinin olması mütləqdir.

Əsas vəzifə və öhdəliklər:

• Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması ;
• Daxili və xarici bazarda mövcud olan şirkətlərin, onların məhsullarının və qiymətlərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
• Məhsulların satılması üçün yeni kanalların axtarılması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Dövrü hesabatların hazırlanması və təhlili;
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi;
• Reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsi;
• Aylıq satış həcmi haqqında rəhbərliyə məlumat;
• Müəssisənin fəliyyəti və məhsul çeşidləri haqqında sərgi və yarmarkaların təşkili;
• Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edilməsi;
• Tenderlərdə iştrirakın təmin edilməsi.

İş şəraiti:

• Həftə ərzində 6 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
• Əmək haqqı 2000 – 2500 azn (namizədə görə dəyişir)

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” sözlərini qeyd edərək [email protected] -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.