AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülərdən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.
Vəzifələr:
- Gələn ziyarətçilərin və qonaqların qarşılanması və qeydiyyata alınması
- Ziyarətçilərin məlumatlarının Bazaya daxil edilməsi
- Ziyarətçilərin və qonaqların suallarının cavablandırılması
- Xidmətin keyfiyyətli və yüksək səviyyədə göstərilməsi
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi (ingilis dilini bilmək üstünlükdür);
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
- MS Office proqramları, xüsusilə Excel biliyi;
- İş yeri: Caspian Plaza, Demirchi Tower;
Müvafiq vakansiya üzrə öz CV`nizi “Receptionist” başlığı ilə [email protected] e-mailinə göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.