Bazar araşdırması və müştəri təhlili şöbəsinin rəhbəri

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 20.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"PASHA Bank" ASC Bazar araşdırması və müştəri təhlili şöbəsinin rəhbəri vakansiyasını elan edir.

Vəzifə haqqında

Bazar araşdırması və müştəri təhlili şöbəsinin rəhbəri və onun komandası müştəri seqmenti və müştəri davranışına əsaslanan və uyğunlaşdırılan strateji metodları tətbiq edəcək və analitik modellər qurmaqla, sonradan isə onları təkmilləşdirməklə satış artımına və marketinq strategiyasına dəstək göstərəcək. Bazar araşdırması və müştəri təhlili şöbəsinin rəhbəri daxili və beynəlxalq seqment və məhsulla əlaqəli tədqiqat təşəbbüsləri həyata keçirəcək, izləyəcək və uyğunlaşdıracaq, yaranan trendləri (həm təşkilata məxsus daxili məlumat mənbələrindən, həm də təşkilatdan kənar tədqiqatlardan) müəyyənləşdirəcək və izləyəcək, CLV (Customer Lifetime Value - müştərinin aktiv olduğu dövr üzrə gəlirliyi) yaxşılaşdırmağa kömək edəcək və fərqli seqmentlər üçün CL (Customer Lifecycle – müştərinin aktiv olduğu dövr üzrə davranışı) modellərini quracaq. O, həmçinin öz komandası ilə birgə satış üçün müştəri davranışı üzrə təhlil göstəricilərinə əsaslanan çarpaz satış (cross-sell) və bir müştəri üzrə satışın artırılması (upsell) imkanlarının müəyyən edilməsinə nəzarət edəcək və müştərinin saxlanılması üçün proaktiv yanaşma tətbiq edəcək.

Vəzifə öhdəlikləri

• İlk olaraq təşkilatda aşağıdakı prosesləri qurmaqla və sonradan onları idarə etməklə şöbəsinin Kommersiya Departamenti və digər aidiyyatı olan daxili tərəflərlə sıx işləməsini təmin etmək:
- Müştəri və biznes seqmentinin kompleks analitikası
- Hesabatların və proqnozlaşdırma modellərinin qurulması
- Bazardakı rəqabət üzrə təhlilin aparılması
- İlkin və təkrar bazar araşdırması (primary and secondary market research)

• Gəlirlərin artırılması və müştəri sadiqliyinin yaxşılaşdırılması üçün əldə edilən məlumatları sintez etmək üçün daxili maraqlı tərəflərlə (satış, maliyyə, əməliyyat departamentləri və s.) birgə işləmək.
• Daxili tərəflərlə iş zamanı onların ən vacib kommersiya problemlərinin həll edilməsi zamanı yaradıcılıq, analitik bacarıq və bazar biliklərini tətbiq etmək.
• Hər bir müştəri seqmenti üçün CL modellərini yaratmaq və daima inkişaf etdirmək.
• Potensial yeni müştərilərin cəlb edilməsi, saxlanılması, və çarpaz satış imkanlarının proqnozlaşdırması üçün təhlil modellərini tətbiq etmək.
• Müştəri məlumatlarının toplanması və izlənilməsi üzrə şirkət daxili layihələrdə fəal iştirak etmək (lazım gələrsə onları başlatmaq və bu layihələri idarə etmək).
• Hər müştəri seqmenti üçün müştərilərin cəlb edilməsi, saxlanılması, məhsulların penetrasiyası, qiymət siyasəti və seqment trendləri üzrə davamlı olaraq aylıq hesabatların və təhlillərin hazırlanmasına nəzarət etmək.
• Proqnozlaşdırma metodlarından istifadə etməklə hədəf satışların artırılması, çarpaz satışların həyata keçirilməsi, müştərilərin cəlb edilməsi və saxlanılması üçün CRM və ya digər marketinq avtomatlaşdırılması vasitələrini tətbiq etmək
• Təhlil üçün zəruri metrikalardan istifadəni və davamlı məlumat keyfiyyətini təmin etmək üçün standartlaşdırılmış daxili nəzarət vasitələri/modelləri inteqrasiya etmək.
• Bazarı araşdırmaqla və potensial müştəri bazasını təhlil etməklə müxtəlif seqmentlər üzrə marketinq kampaniyalarının strateji inkişafına dair məsləhət vermək.

Vəzifə üzrə tələblər

• Biznes, statistika, iqtisadiyyat və ya riyaziyyatla əlaqədar digər ixtisaslar üzrə bakalavr dərəcəsi
• Riyaziyyat və ya məlumat emalı (data sience) ilə əlaqədar sahələrdə magistr dərəcəsi varsa üstünlükdür
• Biznesin təhlili, məlumatların təhlili, bazar araşdırması və ya idarə heyətinə biznes konsaltinqi sahəsində ən azı 7 illik iş təcrübəsi
• Müxtəlif məlumat növlərinin analizini həyata keçirən komandaların idarə edilməsi üzrə ən az 3 illik iş təcrübəsi
• Kompleks və müxtəlif marketinq kampaniyaları, müştərilərin idarə edilməsi və biznesin inkişaf etdirilməsi üçün məlumat axtarışını təmin etmək bacarıqları da daxil olmaqla təhlil etmə və statistik modelləşdirmə bacarıqları
• Excel, SQL, R və digər vasitələrdən istifadə edərək böyük verilənlər bazasının təhlili üzrə işləyən komandaların idarə edilməsində iş təcrübəsi
• Maliyyə və bankçılıq və ya telekommunikasiya sahəsində təcrübə varsa üstünlükdür
• Əla kritik düşüncə və problemləri həll etmə bacarıqları
• Əla iş yazışması və təqdimat bacarıqları
• Sürətlə inkişaf edən və daima dəyişən strukturda işləmək bacarığı
• Çarpaz funksional komandalar ilə iş təcrübəsi və işçi heyətinin inkişafının idarə edilməsi üzrə təcrübə (məsələn, dəyərləndirmələrin aparılması və işçilərin böyüdülməsi)
• Əla ünsiyyət bacarıqları, baş rəhbərliklə səmərəli işləmə bacarığı
• Daxili maraqlı tərəflərə və rəhbərliyə aidiyyatı məsələlər üzrə araşdırmalara əsaslanaraq məsləhət vermək, tədqiqat nəticələrinə əsaslanaraq idarəetmə qərarlarını sual altına qoymaq və təsir göstərməkdə səriştəli olmaq

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 20.08.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Bazar araşdırması və müştəri təhlili şöbəsinin rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Head of Market Research and Customer Analytics Division

Job Description

PASHA Bank is looking for strong candidate to join our team as Head of Division Market Research and Customer Analytics.

Position Overview

The Head of Market Research and Customer Analytics and her/his team will provide support for sales growth and marketing strategies by building, monitoring and improving strategic methods and analytical models that will be based on and adapted to segment based customer behavior and potential market research insights. The Head of Market Research and Customer Analytics will establish, monitor and align domestic and international segment and product related research initiatives, identify and track emerging trends (both from in-house data warehouse and external research), help improve CLV (Customer Lifetime Value) and build CL (Customer Lifecycle) models for different segments. She/he will also monitor within his team the initiation of cross-sell and upsell opportunities for sales department based on applicable customer behavior based trigger indicators, and thrive to build proactive and predictive approach to customer retention.

Responsibilities

• Ensure close work of her/his division with business segment heads and other stakeholders from the Commercial Department to drive value for the business through first establishing and then managing the following processes at the organization:
- Advanced customer and business segment analytics
- Reporting and forecasting
- Competitive intelligence
- Primary and secondary market research

• Work collaboratively with internal stakeholders (sales, finance, operations and etc.) to synthesize findings into actionable insights for revenue growth and loyalty improvement.
• Apply creativity, analytical skill and industry knowledge to internal customers’ most critical business questions.
• Build and integrate Customer Lifecycle models for each business segment.
• Utilize statistical modelling solutions to forecast potential new customer acquisition, defection, retention programs and cross-selling opportunities.
• Participate actively (also, initiate and lead, if needed) in customer data gathering and tracking related company-wide projects.
• Monitor the preparation of the ongoing monthly reports and metrics in company areas such as customer acquisition, retention, defection, product penetration, cross-sell rates, balance retention and segmentation metrics for each customer segment.
• Be ready to implement CRM or other Marketing Automation Tools to assist with the development and implementation of targeted sales leads, cross-selling, and client relationship retention, and client acquisition, utilizing predictive modelling techniques.
• Develop standardized internal controls to ensure continued data quality for visibility of metrics for analysis.
• Advise on the strategic development of segment marketing campaigns by understanding relevant market data and competitive insights, as well as understanding of prospects/audience intelligence.

Job Requirements

• Bachelor’s Degree in Business, Statistics or Econometrics or other math related majors, or equivalent education and/or related training
• Graduate degree in a math related field is an advantage
• At least 7 years of experience in business analysis, data analysis, market research or management consulting
• At least 3+ years of experience leading teams to execute novel analysis of diverse data sets
• Advanced analytical and statistical modeling skills including the ability to provide data mining solutions to complex and diverse marketing, customer management and business relations
• Experience managing teams using Excel, SQL, R and other tools for analysis of large data sets
• Experience in banking and finance or telecommunications industry is an advantage
• Demonstrated experience owning internal customer and/or stakeholder relationships
• Excellent critical thinking and problem solving
• Strong business writing and presentation development skills
• Demonstrated ability to thrive in fast-paced and unstructured environments
• Experience leading cross-functional teams and managing staff development (e.g., reviews, promotions)
• Exceptional interpersonal and communication skills with the proven ability to work with top management effectively
• Competency in consulting and persuading internal clients and management on gathered fact-based insights and being ready to challenge and influence management decisions based on her/his research findings

Candidates are requested to send their Application Forms/CVs to [email protected] until August 20, 2020. Please indicate the name of the position (Head of Division Market Research and Customer Analytics) you are applying for in the subject line of the email. Otherwise, the candidacy will not be considered in the review process of the applications collected.
Please be advised that only shortlisted candidates will be invited to the further stages of the recruitment process.

İşəgötürənin reytinqi