Vergi uçotu üzrə aparıcı mühasib

  • Elanın qoyulma tarixi: 05.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Vergi uçotu üzrə aparıcı mühasib

İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 3 il (Vergi uçotu üzrə 1 il)
Təhsil: Ali təhsil (İqtisadi, Maliyyə)
Yaş həddi: 25-35

İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.

Vəzifə öhdəlikləri:

- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
- Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
- Daxili müştərək şirkətlərdən və kənar kontragentlərdən üzləşmə hərəkətlərinin alınması, yoxlanması, üzləşdirilməsi və aktlaşdırılıb təsdiqlənməsini həyata keçirmək;
- Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
- Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi.

Tələblər:

- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- Logo Unity proqram biliyinin olması arzu olunandır.
- Maliyyə sahəsində mühasib/aparıcı mühasib vəzifəsində 3 il (vergi mühasibi olduqda 1 il) iş təcrübəsi.
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komanda ilə işləmə bacarığının olması;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Vergi uçotu üzrə aparıcı mühasib” yazıb göndərməklə müraciət edilir.