Baş mühasib

İşin təsviri

İT Şirkətlər Qrupu – Baş mühasib

Namizədə aid tələblər

- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
- 30-45 yaş həddi ,
- Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
- Komputer bilikləri - MS office, Logo Unity, ERP
- ACCA , CIMA CFA üzrə sertifikatlar
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
- Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər

İş haqqında məlumat

- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarəti
- Kapital və investisiya qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarəti
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
- Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
- İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
- Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
- Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, İdarəetmə uçotunun qurulması.

Çalışma qrafiki: Həftə içi 5 gün, saat 09:00-18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Baş mühasib” başlığı ilə) müraciət edə bilərlər.