Veb proqramçı

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankı İnformasiya texnologiyaları departamentinin Bank sistemlərinin inkişafı şöbəsində Veb proqramçı vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

• Biznes proseslərin təsvirini əks etdirən texniki sənəd (və ya use case) əsasında proqram təminatının hazırlanması;
• Proqram təminatı hazırlayarkən kodların beynəlxalq standartlara uyğun oxunaqlı yazılması və parallel olaraq sənədləşdirilməsi;
• Mövcud proqram təminatları üzrə dəyişikliklərin tətbiqi və dəstəklənməsi;
• Proqram təminatının test mərhələsində olarkən dəstəklənməsi və müvafiq düzəlişlərin edilməsi;
• Agile (Scrum) metologiyası və prinsipləri əsasında proqram təminatının hazırlanması.

Bizim üçün ideal namizəd:

• HTML, CSS, LESS SASS, JavaScript, TypeScript, Angular və ya React, Node.js, npm, ajax, Web API ilə sərbəst işləmə bacarığı olan;
• Web security və Web servis üzrə biliklərə (Rest/Soap) sahib;
• Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikərə malik;
• Bank məhsulları haqqında anlayışı olan (arzuolunandır).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Veb proqramçı (İT departament)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az