Mühasib

İşin təsviri

Abşeron rayonu, Məmmədli kəndində polietilen istehsalı zavoduna mühasib axtarılır

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
• Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
• Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Təhsil : Ali
İş təcrübəsi : ən azı 3-5 il
Yaş : 25-35

– Cinsi-Kİşi
– Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) yüksək səviyyədə
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
– Qanunvericiliyi bilməlidir və daimi izləməlidir
– Nəzərdə tutulan əmək haqqı 800-1000 AZN.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Mühasib"yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Polietilen istehsalı zavodu tərəfindən digər vakansiyalar