Rus bölməsi İbtidai sinif müəllimi

İşin təsviri

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Rus Bölməsinə İbtidai sinif Müəllimi vəzifəsi üçün vakansiya mövcuddur.

Bilməlidir:

• Tədris planları və proqramlarını, tədrisdə metodiki sənədlərlə işi;
• Fənn tədrisinin və tərbiyənin metodikasını, zəruri pedaqoji, elmi-metodik və təşkilati idarəetmə məsələlərini həll edə bilmək çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını, pedaqoji fənlər silsiləsini
• Tədrisdə pedaqoji işin təşkili və aparılması qaydalarını və bu sahədə respublika və beynəlxalq iş təcrübəsini;
• Məktəbdə tərbiyənin nəzəriyyəsi və metodikasını və pedaqoji kadrların ixtisaslarının artırılması qaydalarını;
• Pedaqogikanı, pedaqoji psixologiyanı, uşaqların gigiyena və fiziologiyasını;
• Təlim-tərbiyə və uşaqların inkişafının metodikasını;
• İnformasiya-kommunikasiya texnologiyalarından istifadə qaydalarını;

Тələblər:

• Ali pedaqoji təhsil (ibtidai siniflər);
• Mükəmmməl rus dili bacarığı;
• İxtisası üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Kompyuterdən və texniki avadanlıqlardan istifadə;
• Savadlı nitq;
• Komandada işləmək bacarığı;
• Təşkilati bacarıqlar;
• Psixoloji sabitlik;
• Tez qərar qəbul etmək bacarığı

Şəxsi keyfiyyətlər

• Yüksək məsuliyyət və mənəvi sabitlik;
• Münasibət qurma bacarığı;
• 6-10 yaşlı uşaqlarla işləmə bacarığı və həvəsi;
• Uşaqlara sevgi və hörmət;
• Empatiya (mərhəmətlilik);
• Dürüstlük;
• Xeyirxahlıq

Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.
https://www.21esr.com/career/jobaz/vacancy/25-ibtidai-sinif-muallimi