İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi (analitik)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 02.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nəzarət departamentinin İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi (analitik)

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət departamentinin İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi (analitik) vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• İnformasiya təhlükəsizliyi idarə edilməsi sisteminin təkmilləşdirməsi üçün təkliflər vermək;
• İnformasiya təhlükəsizliyinin təmin olunması üçün tələb olunan reqlamentlərin hazırlanmasında iştirak etmək;
• Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflər vermək;
• Yeni layihə və təşəbbüsləri, həmçinin, digər struktur bölmələrdən daxil olmuş sorğuları informasiya təhlükəsizliyi baxımından təhlil etmək;
• İnformasiya təhlükəsizliyi işində tətbiq olunan müasir üsullar və sistemlərlə tanış olmaq, onları təhlil etmək və bunlarla bağlı şöbə rəisi və ya onu əvəz edən şəxs qarşısında təkliflərlə çıxış etmək, lazım olan təqdirdə bu yenilikləri şöbənin işində istifadə etmək;
• Bank sirri xarakteri daşıyan məlumatların kənara sızılmasının və Bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə Banka məxsus informasiya sistemlərinin monitorinqini həyata keçirmək;
• Requlyator tələblərinin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək.

Tələblər

• Ali təhsil;
• İnformasiya Təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi.
• İT sahəsində minimum 3 il iş təcrübəsi.
• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
• Yüksək üsniyyətqurma qabiliyyəti;
• Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.

CV-lərinizi, mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi (analitik)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi