Satış Təmsilçisi

  • Medeks LLC
  • Elanın qoyulma tarixi: 31.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Medeks MMC 2006-ci ildən bəri Bakıda tibbi və kosmetologiya sahəsində fəaliyyət göstərən Tibbi şirkət olaraq yaradılmışdır. Şirkət, fəaliyyət müddəti ərzində bu günə qədər 40-dan çox tibbi layihələr təqdim edərək həyata keçirmişdir. Hal-hazırda da Azərbaycan bazarında tibbi avadanlıq, sərfiyyat malları, kosmetoloji və implant məhsullarının satışı üzrə seçilən şirkətlərdəndir. Medeks MMC həmçinin layihələr üçün layihələndirici, dizayn, konsaltinq və texniki xidmətlər göstərməkdədir.

Satış Təmsilçisi

- Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir
- Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
- Problemi sərbəst həll etmə qabiliyyətinin olması
- Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
- Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
- Dil bilikləri - Azərbaycan və Rus dillərini yaxşı səviyyədə bilməli
- Yaş: 24-40
- Kompyuter biliyi (Word, Excel, 1C, Power point,Outlook)

Vəzifələr:

- Şirkət məhsullarının satışının təşkili ;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi
- Müştərinin sifarişinin vaxtında və dəqiq yerinə yetirilməsi
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı.
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Görülən iş barəsində günlük və aylıq hesabatın verilməsi
- Həkimlərlə işgüzar əlaqələrin qurulması
- Gündəlik tibbi müəssisələrə ziyarətin təşkili və şirkətin məhsulları haqqında düzgün təqdimatların edilməsi
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi
- Görülən iş barədə vaxtında hesabat verilmək

İş şəraiti:

- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki-5 günlük
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı 500-700 AZN (iş qabiliyyətindən asılı olaraq artacaq)

Vakansiyaya uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.