Elektrokar sürücüsü

  • Elanın qoyulma tarixi: 27.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Elektrokar sürücüsü

İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 1 il
Təhsil: Orta
Yaş həddi: 25-40 yaş

İşin Təsviri: Məhsulların qaldırıcı və daşıyıcı qurğular vasitəsilə anbar daxilində hərəkətini və yerləşdirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

- Məhsulların nəqliyyat vasitələrinə yüklənməsi və müəyyən edilmiş yerlərdə boşaldılması;
- Məhsulları saxlama anbarlarına daşımaq və yerləşdirmək;
- Daşıyıcı və qaldırıcı avadanlıqların istismara yararlı olmasını yoxlamaq;
- Qurğuların batareyalarının dolu olmasını nəzarətdə saxlamaq;
- Avtoyükləyicidən, mobil qaldırıcı mexanizmlərdən, əl arabasından istifadə etmək;
- İstismara hazır avadanlıqları sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun təmizləmək;
- Texniki xidmətin müntəzəm qaydada göstərilməsini həyata keçirmək və daşınma xidmətinin heyətinə nöqsanlar barədə məlumat vermək.

Tələblər:

- Elektrokar idarə etmək hüququnu təsdiq edən müvafiq diplom və ya sertifikatın olması mütləqdir.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Elektrokar sürücüsü” yazmaqla CV göndərərək müraciət edilir.