Keyfiyyətə Nəzarət Mütəxəssisi

  • Əjdaha MMC
  • Elanın qoyulma tarixi: 20.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2017-ci ildən etibarən fəaliyyət göstərən, yerli fast food brendi olmaqla, paytaxtda bir neçə filiallara sahib “Əjdaha” MMC “Keyfiyyətə Nəzarət Mütəxəssisi” vakansiyasını açıq elan edir.

Vəzifə Öhdəlikləri:

 Xammal qəbulundan, hazır istehlak məhsulunun təqdimatına qədər bütün istehsal prossesinə nəzarət edilməsi;
 Qida məhsullarının təhlükəsizliyinə dair sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin yerinə yetirilməsinə nəzarət;
 HACCP, Yeyinti Məhsullarının Keyfiyyətinə Nəzarət Sisteminin,Gigiyena haqqında təlim qeydlərinin hazırlanması, analiz edilməsi və hesabatların verilməsi ;
 Yoxlamalar üçün qurumun daim hazırlığına nəzarət etmək, keyfiyyət ilə bağlı yenilənən tələbləri müvafiq olaraq tətbiq etmək ;
 İstehsal, daşınma, təmizlik prosseslərini ilə əlaqədar personala nəzarət etmək;
 Yeyinti məhsullarının saxlanması və daşınması texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilməklə həyata keçirilməsinə nəzarət etmək.

Tələb olunan bacarıqlar:

 “Keyfiyyətə Nəzarət Mütəxəssisi” sahəsində ali təhsil;
 Rus dili biliyi arzuolunandır;
 Qida sektorunda iş təcrübəsi (“Qırmızı Ət”sektorunda təcrübə üstünlükdür);
 ISO 9001, ISO 220000 Keyfiyyət İdarəetmə Sistemləri və digər keyfiyyət sistemləri haqqında məlumatlı olmaq ;
 Qida Təhlükəsizliyi Zənciri və tətbiq olunan gigiyena qaydaları barəsində məlumatlı olmaq ;
 MS Office proramlarını sərbəst şəkildə bilməli;
 Hesabatları hazırlayıb təqdim etmək ;
 Sıx iş qrafikinə uyğunlaşan, qrup ilə işləməyi bacaran;
 Koordinasiya və təşkilatçılıq bacarıqlarına sahib;
 Kişi namizədlərdən, hərbi xidməti bitirmiş;
 Yeniliyə açıq, analitik düşünə bilən, cəld və həll yönümlü qərarlar verə bilən.

Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində Keyfiyyətə Nəzarət Mütəxəssisi” başlığı ilə qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.