Veb dizayner

İşin təsviri

DreamArt - Design & Advertising agentliyi veb dizayner üzrə aktiv vakansiya elan edir.

İş barədə məlumat

- Veb səhifələrin dizaynı və tərtibatı
- Veb bannerlərin hazırlanması və adaptasiyaların tərtibatı
- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi
- Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi
- Jurnal, buklet, flayer, broşür, poster və kataloqlar üçün dizaynların hazırlanması
- Brandbook, loqotiplərin, korporativ məhsullarının dizaynlarının yaradılmas

- Ə/h başlanğıc 1000 AZN
- İş qrafiki: Bazar ertəsi - Cümə, saat 10:00-dan 19:00-dək, Şənbə günü, saat 10:00-dan 16:00-dək
- İş yeri şəhərin mərkəzində yerləşir
- İşə qəbul tam rəsmi qaydada və əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

Namizədə tələblər

- Dizayn sahəsində 2 il iş təcrübəsi
- Photoshop, Adobe İndesign və Adobe İllustrator proqramında işləmək bacarığı
- Dizayn trendlərindən xəbərdar olması
- Bir neçə layihə üzrə işləmək qabiliyyəti
- Detallara diqqətli, səliqəli
- Portfolionun mövcud olması
- Yaradıcılıq qabiliyyəti
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Veb/qrafik dizayner ” qeyd edərək öz CV forması və portfoliolarını [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

DreamArt - Design & Advertising agentliyi tərəfindən digər vakansiyalar