Analitik

İşin təsviri

“Abşeron Logistika” MMC “Analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda – Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

İşin təsviri:

• Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatları vahid məlumat bazasına toplanması;bat məlumatlarının reallığının, düzgünlüyün və tamamlığın yoxlanılması və təmin olunması;
• Qərarvermə prosesini sürətlandirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
• Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması;
• Məlumatların düzgün klassifikasiyasının və qruplaşdırılmasının təşkil olunması;
• Logistika, idxal-ixrac bazarına və şirkətin strategiyasına uyğun potensial müştəri profilinin müəyyənləşdirilməsi;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması.
• Dəyişikliklərin sənədləşdirilməsi.

Namizədə tələblər:

• Böyük məlumat bazaların təhlili və (və ya) idarə olunması üzrə minimum 2 il iş təcrübəsi.
• Dil bilikləri: yüksək səviyyədə Azərbaycan dili, Rus dili, İngilis dili.
• Məlumatı toplamaq və təhlil etmək bacarığı.
• Analitik düşüncə, təqdimetmə bacarığı, riyazi bacarıqlar, məxfi rejimdə işləmək və məlumatların məxfiliyini təmin edə bilmək.
• Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
• Məsuliyyətlilik, Punktuallıq və Dəqiqlik. Tapşırılan işləri zamanında təhvil vermək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Analitik” yazaraq qeyd etməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.