Uçotçu ( Sabirabad, Xaçmaz)

  • Embawood
  • Elanın qoyulma tarixi: 05.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 24 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: Uçotçu ( Sabirabad, Xaçmaz)

İş qrafiki :  6 günlük / saat 10:00 – 19:00

İşin təsviri :

• Mühasibat uçotunun aparılması və mağaza statistik və maliyyə hesabatlarının tərtib edilməsini təmin edilməsi
• Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparılması
• Zəruri hallarda mağazanın satış prosesində iştirak edilməsi
• Anbara daxil olmuş malların düzgün və vaxtında qəbul edilməsinə nəzarət edilməsi
• Mağaza büdcəsinin tərtibində iştirak etmək. Mağaza büdcəsinin xərclər hissəsini optimallaşdırması və nəzarət edilməsi
• Mal gətirənlərlə hesabatın aparılması
• Mağazanın sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların və sənədlərin tərtibi və göndərilməsi
• Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirilməsi.

Tələblər :

• Ali təhsil
• Ən azı 1 il iş təcrübəsi
• MS Office, 1C biliyi
• Qrupla işləmə bacarığı,idarəetmə bacarığı
• Ünsiyyət qurma bacarığı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Uçotçu” və bölgəni qeyd edib bu ünvana göndərəsiniz. [email protected]

İşəgötürənin reytinqi