Metal qapı hazırlanması üzrə texnoloq / usta

İşin təsviri

Şirkət: Industrial Business MMC
Vəzifə: Metal qapı hazırlanması üzrə texnoloq / usta
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 187A, Offis 78

Vəzifə təlimatı:

- Metaldan qapıların və darvazaların istehsal texnologiyasının yaradılması;
- Metaldan qapıların və darvazaların İstehsal prosesi üçün tələb olunan dəzgah və avadanlıqların müəyyən edilməsi;
- Metaldan qapıların və darvazaların hazırlanması prosesinin təşkil edilməsi;
- Metaldan qapıların və darvazaların hazırlanması prosesinə rəhbərlik edilməsi;
- ISO 9001 və ГОСТ Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində fəaliyyət göstərilməsi.

Tələblər:

- Orta Texniki və ya Ali təhsilli
- Rəsmxət əsaslarının biliyinin olması, rəsmxət və eskizləri oxuma bacarığı;
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən artıq;
- Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;

Şərtlər:

- İş qrafiki: Həftənin 5 günü, saat 9.00-18.00
- İşə qəbul AR Əmək Məcəlləci əsasında
- Əmək haqqı: 500-800 AZN
- Müsahibə CV əsasında aparılacaq.

Xahiş edirik, mövzu hissəsində “Metal qapı istehsalı” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə [email protected] e-poçt ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Industrial Business MMC tərəfindən digər vakansiyalar