Kimyaçı

İşin təsviri

“Xəzər Ekoloji Laboratoriyası” MMC Kimyaçı vəzifəsinə vakansiya elan edir

www.cel.az

İş barədə məlumat

• Laboratoriya avadanlıqları ilə işləməyi bacarmaq;
• Analiz üçün avadanlığı hazırlanmaq və kalibrləmək;
• Nümunələri testlər üçün hazırlamaq;
• Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
• Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
• Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək;
• Mövcud analitik metodlarının işlənib hazırlanmasında və modifikasiyasında iştirak etmək;
• Reagentlərlə iş: reagentlərin istifadə müddəti və saxlanma şəraitinə nəzarət etmək, məhlullar hazırlamaq.

Namizədə tələblər

• Kimya üzrə Ali təhsil (mütləqdir);
• Kimyəvi və fiziki-kimyəvi analiz metodları haqqında bilməli;
• Azərbaycan, rus və inglis dillərini bilməli;
• İş təcrübəsi arzu olunandır (vacib deyil);
• Universiteti yeni bitirmiş namizədlər də dəyərləndiriləcək;
• Bacarıqlı, məsuliyyətli;
• Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirməyi bacaran;

Qeyd

• Yalnız kimya fakültəsinin məzunlarının CV-lərinə baxılacaq;
• İşçi müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunacaq;
• İş saatları: 09:00-dan 17:30-dək;
• Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.

Uyğun nazmizədlərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahış olunur. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kimyaçı” şəklində göstərilməsi xahiş edilir.