Mühasib

  • Titan Group
  • Elanın qoyulma tarixi: 12.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

Vəzifə öhdəlikləri

• E-qaimə faktura tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
• Gündəlik kassa, bank əməliyyatlarının, İnternet-bankinq sistemi vasitəsilə köçürmələrin aparılması
• Kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
• Pul hərəkəti hesabatlarının və mənfəət-zərərlər hesabartlarının hazırlanması;
• Mal-materialların və əsas vəsaitlərin uçotunun aparılması, istehsal olunmuş hazır məhsulun kalkulyasiyasının eləcə də, gömrük bəyannamələri əsasında idxal olunmuş malın kalkulyasiyasının çıxarılması və uçotu;
• Əmək haqqı, məzuniyyət, istifadə olunmamış məzuniyyət haqqının (son haqq-hesabın), eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin və ezamiyyət məbləğlərinin hesablanması;
• Məşğulluq İdarəsinə, Dövlət Statistika Komitəsinə və Vergilər Nazirliyinə (ƏDV, Sadələşdirilmiş, MÖMV, ÖMV, Əmlak, Mənfəət, MDSS, İşsizlikdən sığorta) aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim olunması;
• Depozit hesabının və şəxsi vərəqənin idarə olunması;
• E-gov.az, e-taxes.gov.az portallarından istifadə və onlayn kargüzarlıq vasitəsilə ilə Vergi orqanları ilə yazışmaların aparılması;
• Aylıq balansın çıxarılması.
• Bank əməliyyatlarının aparılması və uçotda əks olunması;
• Kassa əməliyyatlarının sənədləşməsi və uçotunun aparılması
• Uçot bazasında ilkin sənədlər əsasında müxabirləşmələrin aparılması.

Namizədə tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;
• Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri arzuolunandır
• İstehsalat sahəsində ən azı 1-3 il iş təcrübəsinə malik olmalıdır.
• ERP və 1C proqramlarında işləməyi bacarmalıdır.
• Stress altında işləməyi bacarmalıdır.

Əmək haqqı 800-1000 AZN.
İş qrafiki -həftədə 5 gün (şənbə və bazar istirahət günləri)
İş saatı -09:00-18:00

Maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına “Mühasib” başlığı altında öz CV-lərini göndərə bilərlər.