Mağaza meneceri

  • Emsa Baku
  • Elanın qoyulma tarixi: 06.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mağaza meneceri

Vəzifə öhdəlikləri:

• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
• Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək
• Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
• Mağaza çalışanlarına düzgün satış strategiyasını öyrətmək və təlim keçmək
• Mağazada xidmət standartlarının həyata keçirilməsi
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
• Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
• Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
• Azərbaycan və Rus dilləri mükəmməl (İngilis dili bilənlərə üstünlük veriləcək)

Tələblər

- İş təcrübəsi 5 il
- Yaş 30 - 40
- Ali təhsil
- Həmin sektorda ən azı 3 –il təcrübə olması vacibdir
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (əla)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)

İş barədə məlumat

- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- 6 günlük iş qrafiki
- Həftədə 1 gün istirahət
- İş qrafiki: Növbəli
- Cins: Bəy və Xanım
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini 06-Aprel 2020 ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(mağaza meneceri)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.