İnşaat üzrə mühəndis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 06.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya adı: İnşaat üzrə mühəndis

İşin təsviri:

• Layihələrin hazırlanması və qanunverilicikdə nəzərdə tutulmuş qurumlarda razılaşdırılması;
• Layihə İnstitutlarının istehsal olunan məhsul haqqında məlumatlandırılması və onun layihələrə daxil edilməsi;
• Materialların istilik keçirmə qabiliyyəti və digər əmsalların hesablanması;
• Smetaların tərtib edilməsi, o cümlədən müştəri tərəfindən təqdim edilən layihələr üzrə istehsal olunan məhsul və yapışdırıcı həcminin hesablanması;
• Müştəri tərəfindən təqdim edilən layihələr üzrə məsaməli hörgü blokları, kərpic və mişar daşından iş həcmi hesablanması və müqayisəli təhlilinin aparılması;
• Yeni müştərilərin əldə edilməsində satış və marketinq şöbələrinə texniki dəstək verilməsi;
• Müştəri üçün “Method Statement” hazırlanması;
• Texniki şərtləri hazırlanması və qanunverilicikdə nəzərdə tutulmuş qurumlarda razılaşdırılması;
• Yeni materialların və bərkidilmə sistemlərin quraşdırılması üçün texniki şərtlərin hazırlanması;
• Yeni materialların və bərkidilmə sistemlərin test nəticələrinin hazırlanması;
• Satış nümayəndələrinin müştəri ilə görüşlərində iştirak edilməsi və bütün texniki suallara cavab verilməsi;
• Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
• İstehsal olunan məhsulun istifadəsində yaranan texniki problemlərin həll edilməsi;
• Korporativ müştərilərlə istehsal olunan məhsulun istifadəsilə bağlı təlimatın keçirilməsi;

Namizədə tələblər:

- Ali təhsil (texniki)
- Sahəsi üzrə 1-3 il iş təcrübəsi
- Rayonlara ezam olunmağa hazır
- MS Office proqramları və Autocad biliyi

İş yerinin şərtləri:

- Əmək haqqı razılaşma əsasında
- Iş rejimi 5 günlük/saat (08:00-17:00)

Əlaqə üçün [email protected] ünvanına “İnşaat üzrə mühəndis” başlığı ilə CV –lərinizi göndərməniz xahiş olur.