Satınalmalar üzrə Mütəxəssis

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 03.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satınalmalar üzrə Mütəxəssis (Bakı)

KredAqroBank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Satınalmalar üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

- Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
- Bazar araşdırılmasının aparılması, yeni tədarükçülərin tapılması;
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərin nəzarətdə saxlanılması;
- Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi;
- Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi;
- Xarici ve daxili bütün satınalmalara nəzarət edilməsi;
- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
- Tədarükçülərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
- Sahə üzrə digər tapşırıqların həyata keçirilməsi;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (iqtisadi sahədə olanlara üstünlük verilir);
• Yaşayış yeri: Bakı şəhəri;
• Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi.
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
• Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrübəsinin olması arzuolunandır;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Satınalmalar üzrə Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.