Compass İnternational MMC şirkətinə baş mühasib köməkçisi işə dəvət olunur.
Vəzifələr:
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri və electron qaimə fakturaların və elektron vergi hesab fakturalarının hazırlanması
- Gündəlik satış üzrə mal çıxış sənədlərinin hazırlanması
- Debitor və kreditor borcların uçotunun aparılması
- Baş mühasibin tapşırıqlarını gündəlik olaraq yerinə yetirmək
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə);
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
- Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı.
- 1S proqramında işləmək bacarığı;
- Excel proqramında işləmək bacarığı
- Komandada işləmək bacarığı
- 6 günlük iş rejimi
- Aylıq maaş 500 AZN
Maraqlananlar CV-lərini [email protected] ünvanına göndərə bilərlər.