Aktiv və Passivlərin İdarəedilməsi üzrə mütəxəssis və aparıcı mütəxəssis

İşin təsviri

“ABB” ASC Aktiv və Passivlərin İdarəedilməsi (Asset and Liability Management) üzrə mütəxəssis və aparıcı mütəxəssis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunması;
 Bankın balansının idarə olunması və proqnozlaşdırılması modellərinin tərtib olunması;
 Daxili və xarici bazarlarda investisiyalar üzrə rəhbərliyə təkliflərin verilməsi;
 Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı stress-testlərin həyata keçirilməsi.
 ALM hesabatlılığın avtomatlaşdırılması və dashboardlar səviyyəsində rəbərliyə təqdim edilməsi;
 FTP hesabatlığının aparılması və FTP faiz dərəcələrin tətbiq;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Maliyyə və ya risk istiqaməti üzrə minimum 1 il iş təcrübəsi;
 PL/SQL biliyi arzuolunandır;
 VBA biliyi arzuolunandır;
 Yüksək səviyyədə MS Excel biliyi.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 17 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “ALM Specialist” və ya “ALM Leading Specialist” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az