Kənd təsərrüfatı sahəsi üzrə tikinti obyektlərin (xidmətlərin) satış təmsilçisi

  • BRPG LLC
  • Elanın qoyulma tarixi: 28.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsi üzrə tikinti obyektlərin (xidmətlərin) satış təmsilçisi

BRPG” MMC şirkəti kənd təsərrüfatı layihələrinin tikintisi ilə məşğuldur. Bir çox heyvandarlıq komplekslərinin tikintisini həyata keçirir və bu sahədə böyük təcrübəyə malikdir.

Namizədə tələblər

- Ali təhsil;
- Cinsi: Kişi;
- Azərbaycan və Rus dillərini şifahi və yazılı olaraq yüksək səviyyədə bilməli, İngilis dili arzu olunandır;
- Komputer bilikləri ( Microsoft Office);
- Sürücülük vəsiqəsi;
- Kooperativ mühitlə əlaqədar 3-5 il iş təcrübəsi;
- Ünsiyyət və münasibət qurmaq, yüksək danışıq qabiliyyəti, inandırma bacarığı olmalı;
- Təqdimat bacarığının olması;
- Dinamiklik,liderlik qabiliyyəti, analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Əməkdaşlıq etmə qabiliyyəti və vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti;
- İşində məsuliyyətli olmalı;
- Xarici görünüşünə diqqət göstərməli.

İş barədə məlumat:

- Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması;
- Mövcud müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Satışın yüksək səviyyədə həyata keçirilməsi;
- Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Satış planının yerinə yetirilməsi;
- İnternet və şəxsi əlaqələr vasitəsilə bazarda rəqabət mühitini araşdırmaq.

Əmək haqqı: Sabit əmək haqqı+bonus Korporativ telefon nömrəsi və nahar xərcləri şirkət tərəfindən qarşılanır.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur və yalnız uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

BRPG LLC tərəfindən digər vakansiyalar