Kreditlərin ilkin təqibi şöbəsinə təcrübəçi

İşin təsviri

“Azərbaycan Beynəlxalq Bankı” ASC Problemli Kreditlərlə iş departamentinin Kreditlərin ilkin təqibi şöbəsinə təcrübəçi vakansiyası elan edir.

Görəcəyiniz işlər:

 Təhkim olunmuş gecikmə qruplarına gündəlik zənglərin olunmasının təşkili;
 Müştərilərlə danışıq nəticələrinin mövcud sistemdə düzgün qeydiyyatının aparılması və qeydlərin düzgünlüynə görə məsuliyyətin daşınması;
 Müştərilərlə danışıq zamanı şəxsi münasibətlərə yol verilməməsi, korporativ mədəniyyətin qorunub saxlanması;
 Zənglərin keyfiyyətli və ödəniş olunması istiqamətində təhrikedici üslubda təşkili;
 Birbaşa tabeliyində olan rəhbərə gündəlik fəaliyyətinin statistik hesabatlarının təqdim edilməsi

Tələb olunan bacarıqlar:

 Aktiv kommunikasiya bacarıqları;
 Kollektivlə aktiv işləmək bacarığı;
 Konfliktlərin İdarəedilməsi bacarığı;
 Problemləri həll etmə bacarığı.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

 Bankın iş proseslərini dərindən öyrənmə imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübə proqramının sonunda iş təklifi qazanmaq imkanı.

Bizim üçün ideal namizəd:

 İqtisadiyyat və ya hüquq istiqaməti üzrə ali təhsili olan;
 MS Word, MS Excel, MS PowerPoint proqramlarında yaxşı işləmək bacarığı olan;
 Azərbaycan dilində səlis yazı və danışıq bacarığı olan (rus dilini bilmək üstünlükdür)

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 13.03.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin ilkin təqibi şöbəsinə təcrübəçi” şəklində göstərilməsi xahiş olunur.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.