İnzibati Strukturun mütəxəssisi

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 25.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi təhsil;
• Satınalma və təchizat sahəsində 2 il iş təcrübəsi;
• İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması, o cümlədən Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrübəsinin olması arzuolunandır;
• Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
• Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
• Mükəmməl Azərbaycan dili biliyi ( Rus və İngilis dili bilənlərə üstünlük verilir)
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Satınalma üzrə təlimlərdə iştirak etmiş və sertifikata sahib olan namizədlərə üstünlük veriləcəkdir.

İŞİN TƏSVİRİ:

• Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
• Tədarükçülərlə müqavilələrin bağlanması və müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
• Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnzibati Strukturun mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.