İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mövcud və potensial müştərilər ilə korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi.
- Satış strategiyalarının hazırlanması və icrası.
- Müştərilərin tələblərinə uyğun xidmət və ya məhsul təkliflərinin hazırlanması.
- Müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb edilməsi.
- Satış göstəricilərinin təhlili və aylıq hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya digər əlaqəli sahələr üzrə üstünlük verilir).
- Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi.
- Azərbaycan, Rus dillərini bilmək (üstünlük verilir).
- Effektiv ünsiyyət və təqdimat bacarıqları.
- Aktiv satış və müzakirə aparmaq bacarığı.
- Kompüter bilikləri (MS Office proqramları).
Təkliflərimiz:
- Stabil əmək haqqı 700 AZN + bonus sistemi.
- Karyera inkişafı üçün imkanlar.
- Peşəkar mühitdə işləmə şansı.
İş yeri: Həsən Əliyev küçəsi 9 C
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Korporativ Satış Mütəxəssisi" qeyd edərək göndərin.