ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.
Hazırda ATL Tech şirkəti “Agile Scrum Master” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.
Vəzifə öhdəlikləri:
• Sprint Planning, Sprint review və retrospective sessiyalarında iştirak etmək;
• Komandanın işini gecikdirən proseslərin aradan qaldırılmasında iştirak etmək;
• Deadline cədvəlini yaratmaq;
• Məhsulun Strategi vizyonundan xəbərdar olmaq;
• Mütamadi olaraq layihənin gedişatını izləmək və plandan kənar işləri müəyyən edərək, müvafiq hesabatı hazırlamaq;
• Komandanın iş yükünü və tempini dəyərləndirmək;
• Menecer üçün Sprint status hesabatı hazırlamaq.
Tələblər
• Məhsul menecerləri ilə partnyorluq edərək məhsul və ya layihənin biznes dəyərinin və idarə edilməsinin tələb olunan standartlara uyğun olmasını təmin etmək;
• Kvalifikasiya;
• Scrum Master sertifikatı arzuolunandır.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə https://career.atltech.az/vacancy/162 elektron ünvanına mövzu hissəsində “Agile Scrum Master” qeyd etməklə göndərə bilərlər.