Qrafik dizayner

İşin təsviri

Horizon İnkişaf və İnovasiya Mərkəzi

Qrafik dizayner

İş barədə məlumat

- Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək
- Korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirmək
- Loqo, brendbook, təqdimat, bukletlər, flayerlər,broşür və posterlər üçün dizayn hazırlamaq
- Sosial media paylaşımları üzrə vizuallar hazırlaya bilmək
- Sosial şəbəkələrdə paylaşım etmək üçün kreativ konseptlərin hazırlanması

Namizədlərə qarşı tələblər:

İş təcrübəsi:1 ildən 3 ilə qədər
ADOBE Illustrator, ADOBE Photoshop proqramlarında mükəmməl işləmək bacarığı olmalı və ADOBE Animate, 3D proqramları ilə işləməyi bilənlərə üstünlük veriləcək.
Daim öyrənmək və inkişaf etməyə meyilli;
Kreativ düşünən və yeniliklərə açıq;
Son dizayn trendləri ilə işləmək;
Komandada işləmək bacarığı;
Operativ, məsuliyyətli və işə planlı yanaşan;
Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı

İş qrafiki:

- 09:00-dan 18:00-dək
- Bazar günləri istirahət
- Əmək müqaviləsi bağlanır
- 1 saat nahar

- Əmək haqqı müsahibə əsasında təyin ediləcək

Əlavə tələblər:

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmür;

CV və Portfoliolarınızı “Qrafik Dizayner” başlığı ilə [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaq.

Horizon İnkişaf və İnovasiya Mərkəzi tərəfindən digər vakansiyalar