Maliyyə üzrə baş analitik

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 21.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlavə məlumat

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Maliyyə üzrə baş analitik

Vəzifə öhdəlikləri

• Cari gəlir və xərclər, əməliyyat planlarına uyğun Büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili,
• Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək
• Departamentlər tərəfindən büdcənin icrası haqqında məlumat toplamaq və emal etmək
• Bütün əməliyyatların büdcə daxilində olmasını yoxlamaq və uyğunluğu barədə rəy vermək, həmçinin bu əməliyyatların büdcə daxilində olmasını təmin etmək üçün maliyyə məlumatlarını ( gəlir, xərc, pul vəsaitinin idarəolunması) təhlil etmək
• Xərclərə, təsdiqlənmiş illik büdcə çərçivəsində mütəmadi olaraq nəzarət etmək və kənarlaşmalar yarandıqda, kənarlaşmanın səbəbini araşdırmaq, və nəticələr barəsində birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq
• Aylıq olaraq xərclərin səmərəliliyini təhlil etmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək
• Aylıq, Rüblük və İllik maliyyə hesabatlarının hazırlanması
• Maliyyə Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək və mühasibatlıqla addımları koordinasiya etmək
• Mühasibat uçotunun qaydalarının tərtib olunması və uyğun olaraq aparılmasında iştirak etmək, büdcə tərtib edilərkən eyni prinsip və addımlar riayət etmək
• Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək
• Kənar auditorların məlumat təminatında iştirak etmək;
• İş prosesində əməyin təhlükəsizliyi, sanitar-gigiyena,yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsi qaydalarına əməl etmək

Tələblər

• Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)
• Təcrübə: Minimum 3 -5 il (Müvafiq sahədə 2 il )
• Sertifikatlar: ACCA / CİMA / CFA/ CPA / və ya əlaqədar sertifikatlar
• Dil bilikləri: Azərbaycan Dili , İngilis dili
• İT üzrə biliklər: MS Office və 1C (və ya digər mühasibatlıq proqramları)

Texniki Bacarıqlar

• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklərin
• İFRS üzrə biliklər
• Maliyyə analizi, büdcələmə ilə bağlı biliklər
• Səlis EXCEL istifadəçisi

Səriştəlik

• Təşəbbüskarlıq və məsuliyyətlilik
• İntizamlılıq və nəticəyə köklənmə
• Açıq fikirli və problemi həll etmə bacarığı
• Analitik düşünmə qabiliyyəti
• Düzgünlük və dəqiqlik
• Yüksək təqdimat bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Maliyyə üzrə baş analitik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi