Texniki Avadanlıqlar Zavodunda “Keyfiyyətə Nəzarət üzrə inspektor”

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 21.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Keyfiyyətə Nəzarət üzrə inspektor”

Əmək funksiyası:

 Aid olduğu sahə üzrə məhsula dair keyfiyyət yoxlamalarını şərtnamələrə, müvafiq standartlara və daxili prosedurlara, təlimatlara əsasən icra etmək
 Yoxlama zamanı qeydlər aparmaq
 Qeydlər apararkən yalnız KİS tərəfindən təsdiqlənmiş formalardan istifadə etmək
 İstifadə etdiyi ölçü avadanlıqlarını Briqadir, Keyfiyyətə Nəzarət Şöbə rəisirəhbəri tərəfindən lazım bilinərsə kalibrasiya etmək və kalibrasiya qeydlərini tutmaq
 Tutulmuş qeydləri təhlükəsiz yerdə saxlamaq
 İş ərzində müşahidə edilən uyğunsuzluqları vaxtında keyfiyyət nəzarət mühəndisinə bildirmək
 Keyfiyyətin yaxşılaşdırılması üçün olan yığıncaqlarda və təlimlərdə aktiv şəkildə iştirak edir

Namizədə tələblər:

 Metallurgiya və ya Sənaye sahəsi üzrə ali təhsil.
 İşçinin Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazidə qalması arzu olunandır.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Keyfiyyətə Nəzarət üzrə inspektor” başlığı altında qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur