Mühasib köməkçisi

İşin təsviri

Şirkətin adı: “Big Store Greenhouse” MMC

“Big Store Greenhouse” MMC Azərbaycanda premium dərəcəli istixana pomidorlarının ən bpyük istehsalçılarından biri olmaqla, ölkə iqtisadiyyatına öz töhfələrini verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. İstehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili işçi məmnuniyyətinə xüsusi önəm verir.

İşin adı: Mühasib köməkçisi

İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi

Zirə və ona ətraf ərazilərdə yaşayan şəxslərə üstünlük veriləcək

İş qrafiki : 5 günlük (08:00 – 17:00); şənbə günü (08:00-14:00)-bazar günü iş günü deyil.

İş barədə məlumat:

• E-qaimə fakturalarının yazılması və göndərilməsi
• Mühasibat uçotunun aparılması (əsas vəsaitlər, istehsal üzrə məsrəflər, mal göndərən və istehlakçı ilə hesablaşmalar)
• Əmək haqqı hesablanması

Namizədə tələblər:

• Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
• Office proqramlarını yüksək səviyyədə bilməli

Namizədlərdən xahiş olunur ki, tərcümeyi-hallarını [email protected] e-mail ünvanına mövzu yerində “Mühasib köməkçisi” qeyd edərək göstərsinlər.

Big Store Greenhouse tərəfindən digər vakansiyalar