Düzücü-qablaşdırıcı

İşin təsviri

Düzücü-qablaşdırıcı

Tələblər:

• Cinsi: Qadın 25-45 yaş
• Azərbaycan dili sərbəst şəkildə bilmək
• Komandada işləmək bacarığı
• Yüksək kommunikasiya qura bilmə bacarığı

Vəzifə öhdəlikləri:

 Rəhbərliyin həvalə etdiyi işlərin yerinə yetirilməsi;
 Anbarda ən sadə işlərin yerinə yetirilməsi;
 Anbara daxil olan müxtəlif yüklərin: xammal, material, yarımfabrikat, qida və qeyri-qida məhsulları, məmulat, alət, cihaz və s. ehtiyatlılıq tələb edən yüklərin əl ilə və arabacığın köməyi ilə daşınması, yüklənməsi, anbar stellajlarına yığılması və boşaldılması;
 Qablaşmanın bütövlüyünün, tara yerlərində yarlıkların və markalanmanın mövcudluğunun qorunması;
 Məhsulun boşaldılma yerinə qədər olan keçid yollarının və eləcə də daxil olan məhsulların yığılması üçün meydançaların saz vəziyyətdə saxlanması;
 Malların, mal qonşuluğunu nəzərə almaqla saxlanılma üçün yerləşdirilməsi. Malların anbar daxilində yerlərinin dəyişdirilməsi. Malların inventarizasiya üçün hazırlanması;
 Malların partiyalarının dəstləşdirilməsi;
 Malların sənədlərə əsasən seçilməsi. Malların partiyanın dəstləşdirildiyi yerə çatdırılması. Seçilmiş malların adının və miqdarının sənəddə göstərilən malın adı və miqdarı ilə tutuşdurulması;
 Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması;
 İstehsalat və əmək intizamına, əməyin mühafizəsi qaydalarına riayət olunması;
 Səmərələşdiricilərə köməyin göstərilməsi.

Əmək haqqı:

• 390 AZN

İş vaxtının rejimi:

• İş saat 09:00 başlanır, saat 18:00 bitir.
• İstirahət və nahar fasiləsi saat 13:00 - dan saat 14:00 - dəkdir.
• İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü iş günü hesab edilmir.

Vakansiya üzrə namizədlər işə müraciət anketlərini "düzücü-qablaşdırıcı” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi