Keyfiyyət üzrə Mütəxəssis

  • Avrora
  • Elanın qoyulma tarixi: 18.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hörmətli Namizədlər :

“AVRORA” MMC “Keyfiyyət üzrə Mütəxəssis” vakansiyanı açıq elan edir!

Vəzifələr:

• Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkilini etmək
• İş metodunun, keyfiyyətə nəzarət proseduralarının hazırlanması
• Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması
• Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
• Sahələrdə risk analizinin aparılması;
• Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
• Müqavilələrin yoxlanılması.
• İstehsalat, anbar, laboratoriya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etməli;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməli.

Tələblər:

• Ali təhsil (Qida mühəndisliyi üzrə arzuolunandır);
• ISO 9001, ISO 22000 sertifikatlarındakı tələblər üzrə lazımı vəzifələri yerinə yetirmək;
• MS Office proqramları biliyi;
• Problem və konfliktləri həll etmə bacarığı;
• Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.

İş Şərtləri:

• Həftədə 5 iş günü;
• İş saatları: 08:00-17:00;
• Şirkət hesabına nahar;
• İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur);
• Servis şirkət tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi