Təftiş üzrə Mütəxəssis

  • Avrora
  • Elanın qoyulma tarixi: 17.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hörmətli Namizədlər :

“AVRORA” MMC “Təftiş üzrə Mütəxəssis” vakansiyanı açıq elan edir!

Vəzifələr:

- Təhkim olunmuş şəbəkənin bütün qollar üzrə üzləşməsinin uçot məlumatlarına əsasən həyata keçirilməsi;
- Yaranmış hər bir kənarlaşma barədə müvafiq maddi məsul şəxslərə məlumatın verilməsi və həllinin təmin olunması;
- Dövrü olaraq qarşı tərəflə razılaşdırılmış endirim və ödənişlərin nəzarətdə saxlanılması;
- Bank Ödənişlərinin satış heyəti tərəfindən düzgün bölüşdürülməsinə nəzarət edilməsi;
- Key Account satış kanalı üzrə işdən çıxan satış nümayəndəsi üzrə borc qalıqlarının yoxlanmasının aparılması və yeni satış nümayəndəsinə təhvil verilməsi;
- Kənarlaşmaların müəyyən edilməsi,maddi məsul şəxslərdən izahatların alınması,uyğunsuzluqların aradan qaldırılması istiqamətində təkliflərin təqdim edilməsi;
- Direktorun habelə şöbə müdirinin şifahi və yazılı göstərişi ilə səlahiyyətlərinə aid olan digər vəzifələrin icrası (Xüsusi tapşırıqlar);
- Rəhbərliyin göstərişləri əsnasında plandan kənar audit yoxlamalarında iştirak edilməsi;
- Yoxlama məlumatlarının hesabat halına salınaraq rəhbərliyə təqdim edilməsi.

Tələblər:

Ali İqtisadi təhsil;
Ofis proqramlarında işləmək bacarığı;
Mühasibat və audit üzrə nəzəri biliklər;
Yaş həddi 25- 40;
Təcrübə 1 ildən 3 ilə- dək.

İş Şərtləri:

Həftədə 5 iş günü;
İş saatları: 08:00-17:00;
Şirkət hesabına nahar;
Tibbi Sığorta ilə təminat.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təftiş üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi