Keyfiyyətə Nəzarət üzrə mühəndis

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 13.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Keyfiyyətə Nəzarət üzrə mühəndis”

Əmək funksiyası:

- Məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün daima araşdırma etmək, təcrübələr aparmaq və nəticələri analiz edərək məhsuldarlığı artırmaq
- Məhsula dair şərtnamələri, əlaqəli standartları və xarici təcrübələri mənimsəyərək müvafiq prosedurların, təlimatların və formalarım KİS-in tələblərinə uyğun şəkildə hazırlanmasını təmin etmək
- Gündəlik keyfiyyət yoxlamalarının hazırlanmış prosedur və təlimatlara uyğun şəkildə aparılmasına, qeydiyyatların uyğun formalarda tutulmasına nəzarət etmək
- Daxili və xarici auditlər zamanı açılan uyğunsuzluqların vaxtında bağlanmasını təmin edir
- Sahədə istifadə edilən test avadanlıqlarının vaxtı-vaxtında kalibrasiya olunmasına və kalibrasiya qeydlərinin tutulmasına nəzarət etmək

Namizədə tələblər:

- ISO 9001, ISO 14001, OHSAS 18001, ISO/TS 16949 standartları
- İngilis və rus dilini bilməli
- Texniki rəsm oxumağı bacarmalı
- Keyfiyyətə Nəzarət sahəsində ən az 3 il iş təcrübəsi olmalıdır.
- Metallurgiya sahəsi üzrə ali təhsil.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Keyfiyyətə Nəzarət üzrə mühəndis” başlığı altında qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur