Əmək haqqı üzrə mühasib

  • Elanın qoyulma tarixi: 13.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Əmək haqqı üzrə mühasib

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il
Təhsil: Ali təhsil (Maliyyə və Mühasibatlıq yönümlü)

İşin Təsviri:

Əmək haqqı üzrə mühasib ştatının uyğun olan vəzifə öhdəliklərinin yerinə yetirilməsi(Qanunda olan son dəyişikliklər nəzərə alınmaqla)

Vəzifə öhdəlikləri:

- Əmək haqqı ilə bağlı qanunları bilməli (Əmək məcəlləsi, sosial sığorta haqqında qanun və bununla bağlı digər normativ aktlar);
- Əmək haqqı ilə bağlı elektron sistemlərdən (portallardan) istifadəni bacarmalı;
- DSMF-lərin hesablanması və dövri hesabatların hazırılanıb təqdim edilməsi;
- Məzuniyət, ezamiyət və müavinatların hesablanması və uyğun qurumlara məlumatların təqdim edilməsi;

Tələblər:

- MS Office proqramları biliyi;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- Məsuliyətli və çalışqan;
- Problemləri həll etmə bacarığı;
- Rus və İngilis dilini bilmək arzu olunandır.
- Xanım namizədlər axtarılır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Əmək haqqı üzrə mühasib” yazıb CV göndərməklə müraciət edilir.