Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə aparıcı mütəxəssis

  • Elanın qoyulma tarixi: 06.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: Müvafiq sahə üzrə min.2 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Maliyyə hesabatlarını hazırlamaq, logistik xidmətlərin şirkətlərə aylar üzrə işlənib göndərilməsini həyata keçirmək

Vəzifə öhdəlikləri:

- Şirkətin maliyyə hesabatlarının hazırlanması (aylıq, rüblük və illik) və rəhbərliyə təqdim edilməsi;
- Şirkətin rüblük və illik büdcəsinin hazırlanması və büdcəyə nəzarətin həyata keçirilməsi;
- Gəlirlərin və xərclərin analizinin aparılması, büdcə ilə uyğunluğunun müqayisə edilməsi;
- Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
- Gəlir və xərclərlə bağlı əməliyyətların mühasibat hesablar planına uyğun işlənilməsinə nəzarət etmək.

Tələblər:

- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
- Maliyyə sahəsində yüksək biliklər;
- Yüksək səviyyədə MS Office proqramları biliyi (Xüsusilə MS Excel) ;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- ERP(Logo) biliyi üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Aparıcı Maliyyə analitiki ” yazıb göndərməklə müraciət edə bilərsiniz.