Mağaza üzrə xəzinədar (Gəncə şəhəri)

İşin təsviri

NOVCO Şirkətlər Qrupu 20 ildir ki, Azərbaycanda moda/pərakəndə satış sahəsidə fəaliyyət göstərir. Şirkətimiz ölkəmizin sərhədləri ilə məhdudlaşmayaraq Türkiyədə və Gürcüstanda bir neçə Dünya bendlərini təmsil edir. Calvin Klein, Coccinelle, Tommy Hilfiger, Lacoste, Bebe, Adidas, Monnalisa, Pablosky, Adl, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley, OVS kimi tanınmış geyim və aksesuar brendlərini özündə birləşdirir.

NOVCO səmimi kollektivi, karyera perspektivi, ədalətli idarəetmə prinsipi və dayanıqlığı ilə fərqlənir.

“Bizim komandaya sən də qoşul!”

Vəzifə: Mağaza üzrə xəzinədar (Gəncə şəhəri)

Vəzifə öhdəlikləri:

- Nəğd və ya nağdsız (kredit-debit kartlar) ödəniş əməliyyatlarının düzgün aparılması
- Mağazada əmtəələrin satışı, dəyişdirilməsi və geri qaytarılması əməliyyatının prosedur əsasında həyata keçirməsi
- Gündəlik əmtəələrin satışı dəyişdirilməsi və geri qaytarılması hesabatlarını maliyyə şöbəsinə düzgün və operativ çatdırılması və 1C proqramına düzgün işlənməsi

Tələblər

- Moda və satış sahəsində əlaqəli iş təcrübəsi
- İşində dəqiq , detallara diqqətli olması
- Analitik düşüncəli, riyazi hesablama bacarığı
- Rus və İngilis dili biliyi arzuolunandır

Əmək şəraiti:

- 2 növbədən ibarət olmaqla 8 saatlıq iş qrafiki
- Nahar Şirkət tərəfindən ödənilir
- Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir
- Əmək haqqı: 400-500 Azn

Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzu yerində “Mağaza üzrə xəzinədar (Gəncə şəhəri)” yazaraq göndərə bilərlər.

İşəgötürənin reytinqi