Anbar müdiri

  • Novas Home
  • Elanın qoyulma tarixi: 05.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir.

“Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəfimizdir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.

Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.

Anbar müdiri

Namizədə olan tələblər:

• Ali təhsil,
• Yaş həddi 30-45
• Komppyuüterdə işləmə bacarığı
• Anbar idarəetməsində minimum 1 il təcrübə (FMCG sahəsində olanlara üstünlük verilir)
• Anbar idarəçiliyi sahəsində ən az 5 il, Mühasibatlıq və Anbar idarəetməsində təcrübəsi olan,
• Nizam-intizamlı, Qqrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan
• Problem həll etmə bacarığıYaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik)
• İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək
• Seçimə görə Keyfiyyət zəmanəti və Anbar idarəçiliyinə aid Əəməyin təhlükəsizliyi mühafizəsi ve texniki təhlükəsizlik sahəsində təcrübəsi olanqaydaları sahəsində biliklər
• Məsuliyyətli, dürüst və dəqiq
• Dinamik iş şərtlərinə və dəyişkən iş saatlarına uyğunlaşa bilən

İş haqqında məlumat:

• Malların qəbulunun təşkil edilməsi;
• Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili;
• Daxil olan sifarişlər əsasında mağazalara malların vaxtında çatdırılmasının təşkili
• Müştərilərə çatdırılma xidmətinin təşkili
• Mal çıxışların uçotu;
• Anbar uçotunda sənədləşmənin təşkili;
• Bəlli zamanlarda inventarizasiyanın aparılması;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə tələblərinə riayət etmək.İş yükünün planlaşdırılması:
• Mal və materialın uçotunun təşkili:
• Anbar idaretmə sahəsində inzibatçılıq:
• Anbar idaretmə sahəsində effektivliyin artırılması:
• Mal və materialların dövretmə göstəricilərinin hazırlanması
• Anbar idarəetmə sisteminin optimillaşdırma prinsiplərin uyğun yenidən təşkili
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi

İş şəraiti:

• 6 günlük iş həftəsi
• Əmək haqqı razılaşma yolu ilə
• Nahar Şirkət tərəfindən verilir
• Əmək haqqı 1000-1200 AZN

Vakansiyaya müraciət üçün CV-ləri “Anbar müdiri” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.