Vəzifə: Logistika üzrə Mütəxəssis– Zeta Group
Ümumi vəzifə öhdəlikləri:
Ən təsirli iş sxemləri əsasında malların daşıyıcısının müəyyən edilməsi.
Qiymətlərin yenilənməsi və hesabatların hazırlanıb vaxtında lazımi şəxslərə göndərilməsi.
Malların daşınmasının və gömrük rəsmiləşdirilməsinin təşkili üçün müşayiət sənədlərinin (sertifikatlar, sığorta, beynəlxalq sənədlər) hazırlanması.
Nəqliyyat vasitələrinin hərəkətinə nəzarət və monitorinq.
Bilik və Bacarıqlar:
Ali təhsil (maliyyə, vergi, gömrük, biznesin idarə olunması və mühasibatlıq sahələrindən birinə aid olması)
Riyazi analitik təhlil qabiliyyətinin olması,
MS Office proqramlarında sərbəst işləmək bacarığı,
Komanda ilə işləmək bacarığı,
Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olması,
Öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi,
Xarici dil bilikləri Rus, İngilis dilləri (yazılı orta səviyyədə)
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Logistika üzrə Mütəxəssis” qeyd edərək CV-lərini fevral ayının sonunadək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.