Hüquqşünas

İşin təsviri

Hüquqşünas

Vəzifə öhdəlikləri:

• Cəmiyyətin struktur bölmələrinin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylər və/və ya məsləhətlər vermək;
• Cəmiyyətin satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Cəmiyyət daxilində hazırlanan əmr, təlimat, prosedurlar, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirmək və bu layihələrin hazırlanmasında iştirak etmək;
• Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstək verilmək;
• Məhkəmədə və digər orqanlarda Cəmiyyətin adından çıxış etmək.

Təhsil/Təcrübə:

• Ali hüquq təhsili
• Minimum 3 (üç) il iş (korporativ / müqavilə hüququ) təcrübəsi
• Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
• Mülki hüquq sahəsində təkmil nəzəri və praktik biliklər
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
• İşgüzar və məsuliyyətli olmalı

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Hüquqşünas” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.