Satış və tibbi təmsilçi - Gəncə şəhəri

  • Bioderma
  • Elanın qoyulma tarixi: 27.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış və tibbi təmsilçi - GƏNCƏ ŞƏHƏRİ

İşin təsviri və tələblər

• Universitet məzunu (tıbbi və əczaçılıq təhsili olanlara üstünlük veriləcəkdir),
• Aptek satış sektorunda reseptli və reseptsiz məhsulların və ya dermokosmetik / kosmetik məhsulların satışında vəya tıbbi nümayəndəlik işində minimum 2 il iş təcrübəli,
• Dermatoloq, Pediatr, Allerqoloq və əczanələrlə işləməyi bacaran,
• Azərbaycan və Rus dillərini səlis danışan,
• Diqqətli, gülərüzlü, səbrli, məsuliyyətli və təşəbbüskar olmalı,
• Müştərilərlə gözəl ünsiyyət qurmalı və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməli,
• Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olmalı

Vəzifələr

• Cavabdeh olduğu Klinikaları - Həkimləri və Aptekləri müntəzəm ziyarət etmək, sifariş almaq və məhsulların satışına nəzarət etmək,
• Firmaya yeni həkimlər və əczanələr qazandırmaq,
• Həkim bazasının formalaşdırmaq və müntəzəm olaraq yeniləmək,
• Şirkətin məhsullarını klinikalarda və apteklərdə tanıtmaq, məhullar haqqında ətraflı məlumat vermək,
• Apteklərdə rəflərin təşkili və klinikalarda məhsulların nümayişlərini hazırlamaq,
• Apteklərdə müştərilərə satışların artırılmasından cavabdeh olmaq və satış rəqəmlərini mütəmadi olaraq izləmək,
• Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.

İş şərtləri:

- Gəncə şəhərində yaşayan namizədlərə üstünlük veriləcək
- 5 günlük iş norması (şənbə və bazar istirahət)
- İş vaxtı : 09:00 – 18:00

Əmək haqqı : Satışdan əldə edəcəyi faiz
Seçilən namizədlər peşəkarlar tərəfindən keçirilən təlimdən sonra işlə təmin olunacaqdır.

Əlaqə

+994 50 598 62 67, Okan Koç
[email protected]

Vakansiyayla maraqlanan şəxslərin şəkilli CV-lərini mövzu bölməsinə "CV-Gəncə" yazaraq elektron ünvanına yollamaları xahiş olunur.